Bütün Kateqoriyalar
₼50-DƏN YUXARI SİFARİŞLƏRƏ PULSUZ ÇATDIRILMA

Məxfilik Siyasəti

Son yenilənmə: 15 May 2026

Hörmətli İstifadəçi, bu veb saytdan istifadə edərkən və bu veb sayt vasitəsilə təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırki "Məxfilik Siyasəti"ndə qeyd edilən qaydada tənzimlənir. "Məxfilik Siyasəti" bu veb saytda toplanan məlumatlara aiddir və fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinin Anbargo tərəfindən dəqiq bəyan edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Anbargo Sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir.

Sizə aid fərdi məlumatların veb sayta daxil edilməsi qarşı tərəfin Siz olduğunu güman etməsi üçün əsasdır. Bu səbəbdən məlumatlarınızın təhlükəsizliyinə həssas yanaşmağınızı tövsiyə edirik. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etdikdə həmin məlumatlar Anbargo tərəfindən "Məxfilik Siyasəti"nə uyğun olaraq işləniləcək.

1. Fərdi məlumatları qoruma öhdəliyi

Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biri olduğuna görə bununla bağlı tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülmüşdür. Tərəfimizdən toplanılacaq və işləniləcək fərdi məlumatlarınız müvafiq qanunla qorunur. Nəzərinizə çatdırırıq ki, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq konfidensial fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar və Sizin yazılı razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.

2. Məlumat mənbələri

Sizinlə bağlı toplanılan məlumatlar Sizə ən uyğun və yüksək səviyyəli xidmət təqdim etməyimizə və göstərilən xidmətlərin səviyyəsini artırmağımıza yönəlir. Bu məlumatlar aşağıda qeyd edilən formalarda əldə edilir:

a. Sizin tərəfinizdən təqdim edilən məlumatlar

Veb saytdan istifadə edərək daxil etdiyiniz məlumatlar tərəfimizdən toplanılır. Bu yolla əldə edilmiş fərdi məlumatlarınız tamamilə azad iradənizlə təqdim etdiyiniz məlumatlardır. Sizə yüksək səviyyəli və ən əsası düzgün xidmət göstərə bilməyimiz üçün veb saytda Sizdən tələb edilən məlumatların hamısını düzgün və tam olaraq qeyd etməlisiniz. Verdiyiniz məlumatların doğru və tam olmasına görə Siz özünüz məsuliyyət daşıyırsınız. Yanlış və/və ya natamam məlumatların daxil edilməsi ilə bağlı Anbargo heç bir məsuliyyət daşımır.

b. Məlumatların avtomatik toplanması alətləri – Kukilər

Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda Sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, veb saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. Anbargo bir çox veb saytlarda olduğu kimi bu veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.

Bu veb saytdan istifadə edərək Siz Anbargo-nun məlumatları müəyyən edildiyi kimi Sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksionallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.

3. Hansı məlumatlar toplanacaq?

a. Avtomatik qeydə alınan məlumatlar
  • IP ünvanı;
  • İstifadə olunan brauzer proqramının növü;
  • Saytın istifadə etdiyiniz bölmələri;
  • Saytdan istifadənin tarixi və müddəti və sairə.
b. Fərdi məlumatlar
  • Ad, soyad və ata adı;
  • Cins;
  • Ünvan;
  • Şirkət adı, sahibkarlıq fəaliyyəti və ya peşə;
  • Əlaqə məlumatları (mobil nömrə, elektron poçt və s.);
  • Təqdim edilən xidmətlərin xüsusiyyətinə görə lazım olan digər məlumatlar.

4. Məlumatların işlənilməsi

Bizə verilən açıq və konfidensial fərdi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edəcəyik:

  • Xidmət təminatı: İstifadəçilərimizin müraciətlərinə cavab vermək, xidmətləri təmin etmək və müştəri dəstəyi göstərmək.
  • Müştəri dəstəyinin təmini: Müştəri xidmətləri ilə əlaqənin təmini, sualların cavablandırılması və problemli məsələlərin həll edilməsi.
  • Məlumatlandırma: Müştərilərin yeni məhsullar, xidmətlər, kampaniyalar və yeniliklər haqqında dövri olaraq e-poçt və ya digər kommunikasiya vasitələri ilə məlumatlandırılması.
  • Tədqiqat və analiz: Müştəri tələblərinin və bazar vəziyyətinin araşdırılması, xidmətlərin təkmilləşdirilməsi məqsədilə analizlərin və statistik təhlillərin aparılması.
  • Hüquqi tələblərin icrası: Hüquqi mübahisələrin həlli, yoxlama və tələblərin icrası məqsədilə məlumatların işlənilməsi.
  • Təkmilləşdirmə: Süni intellekt və digər texnologiyalardan istifadə edərək daha yaxşı məhsullar hazırlamaq, məhsullarımızı, xidmətlərimizi və veb saytımızı təkmilləşdirmək.

5. Digər veb saytlara keçid

Bu veb sayt vasitəsilə başqa veb saytlara keçidlər təqdim edilə bilər. Anbargo digər veb saytların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət daşımır. Başqa veb saytlar fərqli məlumat toplama və məxfilik siyasətinə sahibdirlər. Buna görə də bu veb sayt vasitəsilə keçid etdiyiniz digər veb saytların məxfilik siyasətini nəzərdən keçirməyiniz tövsiyə olunur.

6. Məlumatların Paylaşılması

İstifadəçilərimizin şəxsi məlumatları yalnız aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşılır:

  • Qanuni tələb olduqda: Hər hansı məhkəmə qərarı, hüquqi proses və ya dövlət orqanlarının tələblərinə əsasən.
  • Xidmət təminatçıları ilə əməkdaşlıq: Saytın işlənməsi, texniki dəstək və analitik xidmətlər təmin etmək üçün üçüncü tərəf xidmət təminatçıları ilə məhdud miqdarda məlumat paylaşılır. Bu tərəflər yalnız xidmətlərimizi təkmilləşdirmək üçün məlumatlarınızı istifadə edə bilər və onları məxfi saxlamağa borcludurlar.

7. Məlumatların Təhlükəsizliyi

Məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün müvafiq texniki və təşkilati tədbirlər görülür. Biz məlumatlarınızın icazəsiz giriş, dəyişdirilmə, yayılma və ya məhv edilməsinin qarşısını almaq üçün müasir təhlükəsizlik sistemlərindən istifadə edirik. Lakin internet üzərindən məlumat ötürülməsinin tamamilə təhlükəsiz olmadığını da qəbul edirik.

8. Cookie-lərin İstifadəsi

Saytımızda cookie texnologiyasından istifadə edilir. Cookie-lər brauzeriniz vasitəsilə cihazınıza saxlanılan kiçik məlumat fayllarıdır və vebsaytın daha yaxşı fəaliyyət göstərməsi üçün istifadə olunur. Bu fayllar saytımızın fəaliyyətini optimallaşdırmaq, istifadəçi təcrübəsini fərdiləşdirmək və analitik məqsədlər üçün istifadə edilir. Cookie-lərdən istifadəyə razı deyilsinizsə, brauzerinizin ayarlarını dəyişə bilərsiniz.

9. İstifadəçi Hüquqları

İstifadəçilərimiz aşağıdakı hüquqlara malikdir:

  • Məlumat əldə etmə hüququ: Şəxsi məlumatlarınıza daxil olmaq və onların necə istifadə edildiyi barədə məlumat tələb etmək.
  • Düzəliş hüququ: Toplanmış məlumatlarınızda hər hansı bir səhv olduqda, həmin məlumatların düzəldilməsini tələb etmək.
  • Silinmə hüququ: Şəxsi məlumatlarınızın silinməsini tələb etmək (qanunla icazə verildiyi hallarda).
  • Etiraz hüququ: Məlumatlarınızın müəyyən məqsədlər üçün işlənməsinə etiraz etmək.

Bu hüquqlardan istifadə etmək üçün bizə müraciət edə bilərsiniz: info@anbargo.az

10. Digər istifadə şərtləri

Anbargo istənilən zaman və əvvəlcədən xəbərdar etmədən "Məxfilik Siyasəti"nin müddəalarına əlavələr etmək, onları dəyişdirmək və ya çıxarmaq hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər edildikdən sonra Siz veb saytdan istifadə etməklə bu dəyişiklikləri qəbul etmiş olursunuz.

Anbargo veb saytda əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək. Lakin Anbargo istifadəçi tərəfindən veb sayta daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermir.

Anbargo öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla veb saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.

"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən istifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır.